"Maşın" uğrunda onlar mübarizə aparacaqlar - VIDEO

15-10-2019, 10:07
A+
A-


Ölkənin ən baxımlı realiti-şousu olan "Maşın"ın "Maskarad" adlı buraxılışın son səsverməsi olub.

Magazinews.Az xəbər verir ki, finalın bir addımlığında iştirakçılar aparıcı Kəmalə Piriyevanı səverməyə çıxarıblar. İlk dəfə tribunaya çıxan aparıcı finala qalması üçün sevənlərindən dəstək istəyib, hədəfinin isə həmkarı Lalə Mustafayeva olacağını bildirib.

Sona yaxın Ramal İsrafilov Laləyə görə "maşın"dan əlini çəkməsinə razı olduğunu deyib, Piriyevadan seçimini dəyişməsini xahiş edib.

Lakin Kəmalənin yığdığı 47,79 faiz onun çıxartmaq hüququnu əlindən alıb. Piriyeva özü şoudan getməyə məcbur olub. Lalə Mustafayeva isə final sevincini göz yaşları içərisində qeyd edib.

Bununla da finala müğənni Ramal İsrafilov, aparıcılar Suna Qasımoğlu, Lalə Mustafayeva qalıb.