Canlı efirdə evlilik təklifi edən aparıcının ailəsində XOŞ GÜN - FOTO

20-07-2020, 16:00
A+
A-

Məşhur aparıcı Ağakərim Əbülfəzoğlunun ailəsində xoş gün yaşanıb.

BiG.AZ xəbər verir ki, aparıcı ikinci dəfə ata olub. Bu barədə Ağakərimin həyat yoldaşı aparıcı Gülnarə instaqram səhifəsində yazıb. Cütlüyün yenidən qızı olub. Onlar yeni doğulan körpəyə Milara adını verib.

Qeyd edək ki, Ağakərim iş yoldaşı Gülnarə Məmmədova ilə ailə qurub. O, sevgilisinə canlı yayımda evlilik təklif etməsi ilə yadda qalmışdı.