Şəhid və Qazi övladları üçün "Xeyriyyəçilik nəciblikdir" tədbiri keçirilib

27-04-2022, 23:16
A+
A-


"EMEDIA GROUP" Media təşkilatı, Zəfər təntənəsi təşkilatı və  Bakı şəhər Mədəniyyət Baş idarəsinin birgə təşkilatçılığı ilə Şəhid və Qazi övladları üçün növbəti  "Xeyriyyəçilik nəciblikdir" xeyriyyə tədbiri keçirilib.


MagaziNews.az xəbər verir ki, tədbirdə ilk öncə Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Rəqqasə Fatimə Fətəliyevanın ifasında Xarı Bülbül rəqsi ilə tədbirin açılışı olundu.

"EMEDIA GROUP" Media təşkilatının sədri Elşən Əliyev və Zəfər təntənəsi təşkilatının rəhbəri Vəsilə Qabilqızı vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin övladlarının bizlərə atalarının əmanəti  olduqlarını bir daha xatırlatdılar. 

Tədbirdə 1 ay öncə xeyriyyə tədbiri elanı  nəticəsində müraciət edərkən siyahıya alınmış  şəhid və qazi övladlarının kiçik toy məclisi keçirilmişdir.

Tədbirin baş tutmasında Kəmalə Nəsibova və qazimiz  Zakir İmanov da yaxından iştirak etmişdir.

Tədbirdə Milli Məclisin deputatları Vüqar İsgəndərov, Aydın Mirzəzadə, Jalə Əhmədova, Ceyhun Məmmədov, Baş İdarənin rəisi İbrahim Əliyev, Şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə, Şəhid və Qazi ailələrinin üzvləri iştirak ediblər. 

Həmçinin  Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, Flora Kərimova, Könül Xasıyeva, Əməkdar artist Nailə İslamzadə, populyar müğənnilər Elnur Məmmədov, Aynur Dadaşova, Ramil Nabran,  Rüfət Axundov, Ülkər Yaşarqızı, Qurd (Fərid Eminov), rəqqasə Fatimə Fətəliyeva,"Aysel"rəqs qrupu,animatorlar və digər mədəniyyət və incəsənət xadimləri çıxışları ilə yadda qalıblar.

Tədbirin aparıcılıqlarını Tural Ozan və Ramilə Bünyatova etmişdir.
Bu layihə tədbirdən sonra ayrılmış qrafik əsasında 32 Uşağın sünnət mərasimi başlayacaq.

Sonda Şəhid və Qazi ailələri dövlətimizin onlara olan xüsusi diqqət və qayğısından razılıq edib, bu tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.