Dağüstü parkı zibilləyib bu günə qoydular - VİDEO

21-08-2020, 12:41
A+
A-

Sosial media istifadəçisi Ruqiə Əşrəfli Bakı parklarında olan çirkab və zibildən qəzəblənir.

O, “Facebook” hesabında paytaxtın Dağüstu Parkında çəkdiyi videonu paylaşıb.

“Bilirsiniz, indi parklarımız hansı vəziyyətdədir? Son günlər səhərlər parklarda bütün karantin dövründə olmadığı qədər zibil görürəm”, - deyə videonun müəllif yazıb.

R.Əşrəfli qeyd edir ki, parkda yerə banka, şüşə və s. atanlar bir metr məsafələrində olan zibil qutusunu görmək istəmir.

///Oxu.Az