B.C və Böyük Britaniyanın Bakıdakı səfrliyi Birləşmiş Krallıqda təhsilini tamamlamış azərbaycanlı məzunların uğurlarını qeyd edir
British Council Azərbaycanda keçirilən Study UK Məzun Mükafatları 2020-2021 müsabiqəsinin doqquz finalçısını elan edir. Bu finalçılar, sahibkar və biznes sahəsi üzrə mütəxəssis, icma rəhbərləri kimi təqdirəlayiq nailiyyətlərinə və Azərbaycan – Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrini gücləndirərək əhəmiyyətli rol oynadıqlarına görə dünya miqyasında 1300 namizəd arasından seçilmişdir.
MAGAZINEWS.AZ xəbər verir ki, mükafata layiq görülən üç qalib namizədlərin adları virtual mükafat mərasimində açıqlanacaq. British Council-ın Azərbaycandakı ofisi mərasimin keçirilmə tarixini yanvar ayında elan edəcəkdir. Prestijli beynəlxalq mükafat bütün dünyada Böyük Britaniyada ali təhsilin və orada təhsilini bitirmiş məzunların uğurlarını qeyd edir. Müsabiqənin yeddinci ilində Birləşmiş Krallığın 148-dən çox təhsil müəssisəsini təmsil edən 114-dən çox ölkədən olan məzun müsabiqəyə namizəd kimi müraciət etmişdir. Azərbaycanda istənilən kateqoriyada mükafatın sahibləri seçdikləri virtual professional inkişaf imkanı əldə etmək məqsədilə 3000 funt-sterlinq (6,924 AZN) dəyərində pul mükafatı qazanacaq.
Öz professional sahəsində örnək liderlik nümayiş etdirərək seçilən məzunlar üçün Peşəkar Nailiyyət Mükafatı kateqoriyasında finalçılar:
• Günel Mehdiyeva - Nottinqham Universiteti məzunudur. Günel hal-hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə gender məsələləri üzrə milli ekspert kimi fəaliyyət göstərir və səhmdarlar, eyni zamanda xanım fermerlərlə gender sahəsində tədqiqat və analiz işləri aparır. Oxfam, UNFPA, FAO, EU və GIZ kimi beynəlxalq təşkilatlarda altı ildən çox təcrübəsi vardır.
• Cəmalə Əliyeva - Birminqham Universiteti məzunudur. Cəmalə Azərbaycan Respublikası Dövlət Neft Fondunda (SOFAZ) PR departamentinin rəhbəridir, eyni zamanda CIPR (UK) qurumunda xüsusi təyin edilmiş PR praktikant və üzv kimi fəaliyyət göstərir. Azərbaycan KİV-lə effektiv əməkdaşlığına görə dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür.
• Nərmin Axundova - Esseks Universiteti məzunudur. Nərmin molekulyar biologiya üzrə bioloqdur. O, Azərbaycan Ərzaq Təhlükəsizliyi İnstitutunda Elmi Tədqiqat və Risklərin Qiymətləndirilməsi departamentində aparıcı mütəxəssisdir.
Cəmiyyətdə müsbət sosial fərqlilik reallaşdıraraq müstəsna fəaliyyət göstərən məzunlar üçün Sosial Təsir Mükafatı nəzərdə tutulmuşdur və finalçıların adları aşağıda qeyd edilmişdir:
• Fərid Adilov - Nyukasl Universiteti məzunudur. Fərid Adilov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisidir. Fəridin Dövlət Komitəsindəki işi, uşaqlarla əlaqəli bir çox məsələlərin həlli ilə əlaqədardır.
• Məryəm Tağıyeva - Vorvik Universiteti məzunudur. Məryəm blockchain mütəxəssisi və beynəlxalq profilə sahib spikerdir. Azərbaycanın ən böyük proqram təminatı və təchizatçılarından biri olan IDRAK Technology Transfer-də fəaliyyət göstərir. Müstəqil olaraq Azərbaycan Gəncliyinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) adlı gənclər QHT-si kimi müxtəlif təşəbbüslərə rəhbərlik edir.
• Sovgat Əzimova - Bristol Universiteti məzunudur. Sovqat təhsil sahəsində çalışan layihə mütəxəssisidir. Kəndlərdə yaşayan kiçik yaşlı uşaqlar üçün məktəbəqədər təhsilə giriş imkanlarının artırılması istiqamətində çalışır. Əsas marağı müxtəliflik barədə məlumatlılığı artırmaq və təhsildə inklüzivliyi təşviq etməkdir.
Öz professional sahəsində örnək liderlik nümayiş etdirərək seçilən məzunlar üçün Sahibkarlıq Mükafatı kateqoriyasında finalçılar:
• Fidan Cavadova - London Kral Kolleci məzunudur. Fidan BeWorks Automation qurumunun təsisçisidir. O, innovator kimi Böyük Britaniya və Azərbaycanda öz təcrübəsinən bəhrələnərək fəaliyyətə nəzarətin avtomatlaşdırılması, yenilənə bilən və elektrikli infrastrukturun inkişafı sahəsində işlər görür.
• Cavid Qara - Bristol Universiteti məzunudur. Cavid Camping Azerbaijan məhdud məsuliyyətli şirkətinin yaradıcısı və bələdçisidir. Camping Azerbaijan şirkəti Azərbaycanın bölgələrini əhatə edən ekoturizm şirkətidir. O, yaşıl platformada Azərbaycan parlament seçkilərində namizəd olaraq iştirak edərək, xüsusilə meşələrin kəsilməsi və yaşayış yerlərinin itirilməsi mövzularında öz əks mövqeyinin bildirmişdir.
• Zülfiyyə Əliyeva - SOAS London Universitetinin məzunudur. Zülfiyyə, məşhur idman geyimləri markası MESHQUE şirkətinin yaradıcısıdır. Şirkət geyimlərin istehsalında yerli mənbələrdən faydalanır. Bu ilin nümunəvi finalçıları və münsiflər heyəti haqqında daha ətraflı oxumaq üçün aşağıdakı linkə keçid edin: https://www.britishcouncil.az/study-uk/alumni-awards-2020
British Council’ın ölkə üzrə direktoru, Cənab Samr Şah bildirir:
“Azərbaycandakı Study UK Məzun Mükafatları müsabiqəsinin finalçıları olaraq seçilən nümunəvi şəxslər, müvəffəqiyyətlərində İngiltərədəki təhsil təcrübələrinin əhəmiyyətini nümayiş etdirdilər. Beləliklə onlar öz sahələrində, müəssisələrində və icmalarında liderlərə çevrildilər. Hər birini ətraf aləmin formalaşması, Azərbaycanın inkişafına dəstək verilməsi və Birləşmiş Krallıq-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki səylərinə görə alqışlayıram. Bu ilki finalçılar Birləşmiş Krallıqdakı təhsilin müasir dünyada həyatları dəyişdirən təsirini, müxtəlifliyini və aktuallığını təmsil edirlər.”
Əlavə məlumat üçün, zəhmət olmasa, əlaqə saxlayın:
“Azərbaycandakı Study UK Məzun Mükafatları müsabiqəsinin finalçıları olaraq seçilən nümunəvi şəxslər, müvəffəqiyyətlərində İngiltərədəki təhsil təcrübələrinin əhəmiyyətini nümayiş etdirdilər. Beləliklə onlar öz sahələrində, müəssisələrində və icmalarında liderlərə çevrildilər. Hər birini ətraf aləmin formalaşması, Azərbaycanın inkişafına dəstək verilməsi və Birləşmiş Krallıq-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki səylərinə görə alqışlayıram. Bu ilki finalçılar Birləşmiş Krallıqdakı təhsilin müasir dünyada həyatları dəyişdirən təsirini, müxtəlifliyini və aktuallığını təmsil edirlər.”
Einar Iliyev│Marketing üzrə Menecer | British Council-ın Cənubi Qafqaz bölgəsi einar.iliyev@britishcouncil.org | T +994 (0) 12 497 1593
Facebook: https://www.facebook.com/BritishCouncilAzerbaijan
Instagram: https://www.instagram.com/azbritish/
Twitter: https://twitter.com/azBritish Website: https://www.britishcouncil.az/en/
Qeyd edək ki, məzunlar mükafatları British Council və UK universitetləri tərəfindən hazırlanmış və British Council tərəfindən 2014-cü ilin sentyabrında təsis edilmişdir. Müsabiqəyə hal-hazırda Birləşmiş Krallıqda yaşamayan, minimum bir semestr müddətində rəsmi olaraq tanınmış Birləşmiş Krallıq təhsil müəssisəsində dərəcə qazanmış, ali təhsilli və ya daha yüksək dərəcəyə sahib tələbə kimi qeydiyyata alınmış və ya son 15 il ərzində Birləşmiş Krallıq universtitetlərinin biri tərəfindən dərəcəyə layiq görülmüş şəxslər müraciət edə bilərlər. Mükafat sahibləri və finalistlərin hər biri öz Birləşmiş Krallıq təhsil təcrübələrindən yararlanaraq icmalarına, peşə sahələrinə və ölkələrinə müsbət təsir göstərən liderlərdir. Məzun Mükafatları Müsabiqəsi İngiltərədəki ali təhsilin təsirini və dəyərini qeyd edir və nümayiş etdirir, İngiltərə məzunlarının, onların bitirdikləri universitetlərin və bütün Birləşmiş Krallıq təhsilinin nüfuzunu artırır. Mükafatlar aşağıdakı kateqoriyalarda verilir: Professional Nailiyyət Mükafatı Peşəkar iş dünyasında nümunəvi liderlik və nailiyyətləri ilə fərqlənən və peşələrindəki və digər sahələrdə qazandıqları uğurların təsirini və miqyasını nümayiş etdirə biləcək məzunlara təqdim edilir. Sahibkarlıq mükafatı Yenilikçi və yaradıcı yeni fikirlər və həll yolları və ya güclü inkişaf potensialına sahib olan iş imkanlarını təşəbbüs etməkdə fəal olan məzunlara təqdim edilir. Sosial təsir mükafatı Müsbət sosial dəyişiklik yaratmaq və başqalarının həyatını yaxşılaşdırmaq üçün müstəsna bir töhfə və öhdəlik verən məzunlara təqdim edilir.
Ətraflı məlumat üçün Study UK Məzun Mükafatları Müsabiqəsi səhifəsinə keçid edin: https://study-uk.britishcouncil.org/alumni-awards Ötən Məzun Mükafatları Müsabiqəsinin qaliblərini tanımaq üçün linkə keçid edin: https://study-uk.britishcouncil.org/alumni-awards/winners
Bildirək ki, British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Biz bunu Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verərək – imkanlar yaratmaqla insanların həyatını dəyişərək, əlaqələr quraraq və inam yaradaraq edirik. Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilat 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumudur.
Cəmiyyət / Manşet
26-12 12:00
Digər Xəbərlər
Şou-Biznes / Manşet
06-10 13:03
Kino
04-10 18:22