"Disney"in ofisini siçanlar basdı, işçilər təxliyə olundu

15-09-2023, 09:23
A+
A-


"Disney"in ofisini siçanlar və birələr basıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məşhur yayım şirkətinin Nyu-Yorkdakı baş qərargahının əməkdaşları bu səbəbdən təcili olaraq binadan təxliyə ediliblər.

Ofisin əməkdaşlarına göndərilən mesajda binanın beşinci mərtəbəsinin - reklam departamentinin əməkdaşlarının binadan çıxması gərəkdiyi ilə bağlı mesaj göndərilib.

Hazırda məsələ ilə bağlı işlər davam etdirilir. Əməkdaşların işlərinə nə vaxt qayıda biləcəkləri məlum deyil.