"Qarabağ" yenidən qrup mərhələsində" - VİDEO

31-08-2018, 04:02
A+
A-

Avropa Liqasında qrup mərhələsində iştirakçı komandaların adları müəyyənləşib.

Magazinews.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"da play-off-da cavab oyununa çıxıb.  Bakıda Moldovanın “Şerif” klubunu qəbul edən Ağdam klubu ilk oyundakı 1:0-lıq məğlubiyyətin əvəzini çıxa bilib.
Rəqibinə 3:0 hesabı ilə qalib gələn "Qarabağ" "Avropa Liqası"-nın qrup mərhələsində yarışmaq hüququ qazanıb.

 "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) 3:0
Qollar: Maksim Medvedev, 9, Gerye, 41, Ozobiç, 55 

Qeyd edək ki, gecə saatlarında paytaxt sakinləri öz avtomobillərində Bakı küçələrində "Qarabağ"-ın qələbəsini qeyd ediblər.
Avtoyürüşə qatılanlar sırasında tanınmış Viner Hüseyn Əzizoğlu da olub.