BTS PERMISSION TO DANCE – “Park Cinema”da!

4-03-2022, 16:26
A+
A-


Martın 12-də Park Cinema Metropark-da BTS PERMISSION TO DANCE ON STAGE – SEOUL konserti nümayiş olunacaq.

Magazinews.Az xəbər verir ki, BTS PERMISSION TO DANCE ON STAGE – SEOUL BTS və ARMY-nin birlikdə CANLI rəqs edəcəyi unikal şoudur. BTS PERMISSION TO DANCE ON STAGE – SEOUL 21-ci əsrin pop ikonu BTS-in qrupun inanılmaz karyerasının ən güclü çıxışlarını və ən yaxşı hitlərini özündə əks etdirən dünya turunun ən son seriyasıdır.

Los-Ancelesdəki əvvəlki şounu 2021-ci ilin ən uğurlu konsertlərindən biri edən dörd konsert zamanı təxminən 813.000 adam izləyib.

BTS PERMISSION TO DANCE ON STAGE – SEOUL-u qaçırmayın: RM, Jin, Suga, J-Hope, Jimin, V və Jeon Jungkook sizinlə yalnız 12 mart, şənbə günü, böyük ekranda görüşəcəklər.