Farah Zeynep Abdullah Bakıda! - Foto/Video

17-03-2022, 18:19
A+
A-



Ötən gün Bakıda "Park Cinema Flame Towers" kinoteatrında"Bergen" filminin qalası baş tutub. 

MagaziNews.Az xəbər verir ki, türkiyəli məşhur aktrisa Farah Zeynep Abdullah əsas rolunu oynadığı "Bergen" filminin təqdimatı üçün Bakıya gəlib. 

Qırmızı xalıdan keçid alan qonaqlar jurnalistlərin suallarını cavablandırıblar. Aktrisa F.Z.Abdullah  ölkəmiz haqqında bunları söyləyib:

"Azərbaycana üçüncü dəfədir ki, gəlirəm. Əvvəl gəlmişdim, Bakıyı çox sevirəm. "Bergen" obrazını oynamaq mənim üçün fərqli idi. Obraz özəl xarakter idi. Filmin hekayəsindən çox təsirləndim".

Geyimindən danışan aktrisa zövqünə güvənərək seçim etdiyini bildirib.

Ekran işində digər məşhur aktyorlar da yer alıb. Onların sırasında Erdal Beşikcioğlu, Nergis Öztürk, Ahmet Kayakesen və Ali Sechkiner Alıcı yer alıb.

Daha sonra məşhur qonaqlar tamaşaçılarla birgə filmə baxıblar.

Rejissorlarının Mehmet Binay və Caner Alperin olduğu filmin süjet xəttinə gəlincə isə ötən əsrin 80-ci illərinin türk arabeskinin kraliçası türkiyəli müğənni Bergenin həyatından bəhs edir.


VIDEO ZAUR HACIYEV