“CinemaPlus”da yeni DC personajı “Black Adam” filminin premyeradan öncə nümayişi keçirilib
“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında DC Comics-in eyniadlı komiksi əsasında çəkilmiş “Qara Adam” Amerika superqəhrəman filminin premyeradan öncə nümayişi keçirilib.
MAGAZINEWS.AZ xəbər verir ki, tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər. Gecənin yaddaqalan hissəsi Aleksandr Barkovun rəhbərlik etdiyi “ASgarden” işıq şousu oldu.
Filmin rejissoru Jaume Kolyet-Serradır. Baş rollarda Dueyn Conson, Sara Şahi və Pirs Brosnan çəkiliblər.
Film haqqında qısa məlumat: Misir tanrılarının qüdrətli güclərini əldə etdikdən sonra, Qara Adam (Conson) düşmənləri tərəfindən əbədi həbs olunur. 5000 il sonra yer üzündəki məzarından azad edilən Adam müasir dünyaya düşür və burada özünəməxsus unikal ədalət forması yaradır.
Tədbirin təşkilində Brand Media Groups, "Bolşoy Prazdnik" event şirkəti, "FRYDAY Burgers & Fries" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, Hillside-dan premium çaxırlar, Red Bull və Bonaqua dəstək göstəriblər.
Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Qara Adam” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.