CinemaPlus-da rok musiqiçisi Murat Gögebakanın həyatından bəhs edən film - VIDEO

6-12-2023, 17:14
A+
A-


“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 7-dən eksklüziv olaraq Türkiyənin məşhur rok musiqiçisi Murat Göğebakandan bəhs edən “Murat Göğebakan: Kalbim yaralı” bioqrafik dramının nümayişi başlayır.

Filmin rejissoru Ali Akyıldızdır.

Baş rolu həm də heyrətamiz vokal qabiliyyəti olan Burak Sevinç ifa edir.

Film haqqında qısaca: Murat Göğebakan 1968-ci ildə Adanada anadan olub və doğulandan sağ ayağından fiziki qüsurlu idi. Bu fiziki çətinlik onu özündən, musiqi sevgisindən uzaqlaşdırdı. 7 yaşlı qardaşının ölümündən sonra, ailə bu faciəyə görə Muratı günahkar hesab edir. Vicdanı onu çox əzablandırdığı üçün musiqidən getdikcə uzaqlaşmağa başlayır. Yalnız yaxın qohumu Senem onun tərəfindədir və bu müddət ərzində ona dəstək olur. Sonradan dostluq romantik münasibətə çevrilir və onlar evlənirlər.

Murat musiqi təhsilini başa vurduqdan sonra barlarda mahnı oxumaqla, müəllimlik etməklə pul qazanmağa başlayır. İstanbula gedir, amma il zamanlarda uğuru əldə edə bilmir. Orada ikinci həyat yoldaşı olacaq Səlma ilə tanış olur.

İfaçı musiqi karyerası ərzində bir çox mükafatlar alıb, çoxlu konsertlər verib, albomlar yazıb. 40 yaşında ona leykoz diaqnozu qoyulsa da, müalicə nəticəsində xərçəngə qalib gəlib. 

"Xərçəngə qalib gəldim, amma xəyanətə qalib gələ bilmədim!" Müalicə zamanı həyat yoldaşı Səlmanın ona xəyanət etdiyini öyrənən musiqiçi belə ağır həyat şəraitində ikinci dəfə xərçəng xəstəliyinə tutulub və 45 yaşında dünyasını dəyişib. O, özündən sonra milyonlarla pərəstişkarlarına yüzlərlə mahnı və albomlar qoyub getdi. Gögebakanın pərəstişkarları ona “Sevgi Adamı” ləqəbi veriblər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.


[media=]