“Park Cinema”dan yeni “Forsaj”ın hay-küylü premyerası!

1-08-2019, 19:22
A+
A-

Siz maşınları, bizim onları sevdiyimiz kimi sevirsiniz?

Bəs siz Dueyn Consonu və Censon Stethemi, bizim onları sevdiyimiz kimi sevirsiniz?

Siz motosikletlər, tüninq maşınlar, cazibəli qızlar və dadlı yeməklər olan tədbirlərə necə baxırsınız?

Magazinews.Az xəbər verir ki, bütün qeyd olunanlar çərşənbə günü “Park Cinema Metropark”da keçirilən, baş rollarda Ceyson Stethem və Dueyn Consonun çəkildiyi “Forsaj: Hobbs və Şou” filminin press nümayişinə həsr olunan axşamda olub.

Qala gecədə bir çox tanınmış sənət nümayəndələri, bloqqerlər və media nümayəndələri iştirak ediblər.

Park Cinemadan qeyri-adi tədbir, artıq filmin nümayişinə xoş əlavə kimi qəbul edildi. Amma deyəsən, bu dəfə onlar özlərindən də keçdilər, qonaqların nüfuzlu tərkibi ilə yanaşı, axşamın diqqət mərkəzində dayanan qonaqların, hətta film başlayandan sonra da yanında dayanıb foto çəkdirdikləri tüninq maşınları oldu.

Bununla yanaşı, qonaqlar üçün furşet və Dj -in iştirakı ilə musiqi dolu ziyafət təşkil edilmişdi.

Sözügedən möhtəşəm tədbirdən olan fotoreportajı diqqətinizə çatdırırıq: