"98 manata çəkilən film təqdim edildi" - VİDEO

3-10-2019, 11:37
A+
A-

Flame Towers Imax kinoteatrında “Ağacdələn” filminin təqdimat gecəsi olub.

Magazinews.Az xəbər verir ki, rollarda Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Kamran Ağabalayev, Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Zarina Qurbanova, Elvin İbra, Elcan Rəsulovun çəkildiyi filmin qala gecəsində tanınmış sənət və media nümayəndələri iştirak edib.

Filmin senari müəllifi və rejisoru olan Kamran Ağabalayev ekran işinə cəmi 98 manat sərf etdiklərini etiraf edib. O, filmdə rol alan aktyorların təmənnasız çəkildiklərini də qeyd edib.

Sosial mesajlarla dolu filmi izləyicilər tərfindən bəyəni və alqışlarla qarşılanıb.