09:15 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" matçı ilə start götürəcək  |     00:54 "Sabah" 4:0 uduzdu  |     21:01 Premyer Liqa: "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlanıb  |     09:55 "Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)  |     09:35 “Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq  |     08:50 Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb  |     16:33 Coy-Lens Mikels Georgi Adamiyanın göstəricisini təkrarlayıb  |     13:50 Azərbaycan futbolunda qol yağışı: Son 21 mövsümün rekordu təzələndi  |     11:50 Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib  |     23:10 “Qarabağ” çətin qələbə qazandı  |     20:10 Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib  |     10:10 "Qarabağ" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Sumqayıt"a qarşı  |     20:53 “Sabah” “Zirə”ni darmadağın etdi  |     14:25 "Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir  |     09:33 Premyer Liqada IV turun matçları keçiriləcək  |     08:43 Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu  |     22:33 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     09:15 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir  |     16:45 "Kəpəz" cərimələnib  |     16:36 Kadi Borgesə ağır cəza  |    

Zombilər yeni “CinemaPlus”a basqın etdi - VIDEO


“CinemaPlus 28 Mall” premium kinoteatrına gələn qonaqlar gözlənilmədən zombilərin hücumuna məruz qalıblar.

Magazinews.Az xəbər verir ki, yenilənmiş “CinemaPlus 28 Mall” premium kinoteatrında “Zombilənd: Nəzarət atəşi” filminin təqdimat mərasimi olub.

Gecəyə şou-biznesin ulduzları, jurnalistlər, bloqerlər, sahibkarlar və böyük təşkilatın rəhbərləri qatılıblar. Tədbir iştirakçıları gecəboyu unudulmaz əyləncə yaşayıblar. Onlar DJ, ləzzətli furşet, alkoqol və alkoqolsuz içkilərin əhatəsində xoş anlar yaşayıblar. Yadda qalan görüntüləri fotoqraflar və videoqraflar kameraların yaddaşına həkk ediblər.

Şou proqramın özü musiqi tərtibatlı, zombilərdən və qonaqları əyləncəli karikaturaları ilə əyləndirən rəssamdan ibarət idi.

Kinoteatr sözügedən filmin üslubunda bəzədilmişdi. Bundan əlavə, Helloween bayramına aid dekorlar da kinoteatrda yer alıb.

Filmə gəlincə isə ikinci film izləyiciyə yeni bir obraz göstərəcək. Tallahesse cəmiyyətdə qəbul olunan qaydaların pozulmaması üçün təhlükəli düşmənlə şiddətli mübarizəyə çox vaxt sərf edəcək. Lakin o, ciddi qisas ala biləcəyini gözləmirdi, indi isə qəhrəmandır.

Filmin rejisoru Ruben Fleyşerdir. Ekran işində əsas rolları Cessi Eyzenberq, Vudi Harrelson, Emma Stoun, Abigail Breslin, Rozario Douson, Zoi Doyç, Bill Mürrey, Den Aykroyd, Lyuk Uilson və Evan Coqia canlandırıb.

Qeyd edək ki, tədbirində təşkilində “Astral” və “Paranormal Baku” kvestləri, “Made.az”, “Say Say events” dekor şirkəti, “Light in Black”, karikaturaçı Eyvaz Soltanlı, “Harmony Dance Studio by Farid Mehdiyev”, “Kolorit” kafesi, “Absheron Sharab”, “Şeh su” və “Red Bull” dəstək göstəriblər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

























Kino / Manşet 24-10 19:29

Digər Xəbərlər