18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |    

“Yırtıcı” filminin premyerasına 2 gün qalmış qapalı nümayişi baş tutdu"


11 sentyabr  tarixində Park Cinema Flame Towers  kinoteatrında  “Yırtıcı” filminin premyerasına 2 gün qalmış qapalı nümayişi baş tutdu.


Magazinews.az  xəbər verir ki,  tədbirdə  KİV nümayəndələri, bloggerlər, aktyorlar, prodüser  və rejissorlar  iştirak  edib.  

Kinoteatrın qonaqları filmin ilk tamaşaçılarından olub. Qapalı nümayişdən əlavə, qonaqlar  Park Cinemanın Yanardağ  şərab  brendi, ŞehSu su brendi və şəhərimizin ən yaxşı bürger restoranı  BurgerBomb-un dəstəyi ilə təşkil etdiyi furşetdən zövq aldılar.   Furşetdən, DJ AKG tərəfindən təşkil olunan musiqidən, fotosessiyadan və məzəli söhbətlərdən zövq almış qonaqlar  birbaşa  İMAX zalına, film  izləməyə yollandılar.


Film “20th Century Fox”studiyası tərəfindən çəkilmiş bir sıra fantastik filmlərinin davamıdır. Filmin rejissoru Shane Black, "Dəmir Adam 3" filminin rejissoru olub və 1987-ci ildə ilk "Yırtıcı" filmində özü çəkilib.


Sikvelin baş qəhrəmanı keçmiş dənizçidir. O, yer üzündə pis niyyətli əcnəbi irqi məxluqları aşikar edir. Lakin bu məxluqların mövcud olduğuna ona heç kim inanmır. Gözlənilməz anda onun oğlu Yırtıcı ilə döyüşün əsas qəhramanına çevrilir. Uşaq dilləri çox tez öyrəndiyinə görə əcnəbi varlıqları başa düşə bilir.


Baş rollarda Boyd Holbruk, Trevante Rouds,Ceykob Trembley, İvonn Straxovski, Oliviya Mann, Tomas Ceyn, Edvard Ceyms Olmos, Ceyk Byüzi, Nayoll Metter və diqərləri çəkilib.


Filmi sentyabrın 13-dən  Park Cinemanın  bütün  kinoteatrlarında  2D, 3D, LaseR və  IMAX 3D formatlarında izləmək mümkündür. Lakin bu hələ son deyil!  Filmi rus, ingilis və türk dillərində dublyaj, həmçinin Azərbaycan dilində alt yazılarla izləmək mümkündür.


Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzləri, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers daxildir.



[media=https://youtu.be/92xnCPhLrVs]


Kino / Manşet 13-09 00:21

Digər Xəbərlər