CinemaPlus-da 44 günlük Vətən Müharibəsi haqqında “Fulya” filmin nümayişi başladı - VIDEO

30-10-2021, 12:15
A+
A-

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 44 günlük Vətən Müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən Türk jurnalist Fulya Öztürk və operator Xəlil Qəhrəmanın yaşadıqlarından bəhs edən “Fulya” sənədli filmin nümayişi başladı.

MAGAZINEWS.AZ xəbər verir ki, çəkilişlər bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər, Ağdam, Şuşa və Bakı ərazisində aparılıb

 Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

“Fulya” sənədli filminin tarixi əhəmiyyətindən danışan ekran əsərinin əsas qəhrəmanı Fulya Öztürk deyib:

“Bu sənədli filmdə ən mühüm səhnə, mənim həmin gecə Gəncədə gördüyüm o körpənin görüntüləridir. Bu kadrlar ilə bütün dünya Ermənistanın körpə qatili olduğunu gördü”.

Telejurnalist Fulya Öztürk diqqətə çatdırıb ki, filmdəki səhnələr hər zaman işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarına şahidlik edəcək.

Rejissorlar Aykut Taşkın və Tahir Tahiroviç. Baş rollarda Fulya Öztürk və Halil Kahraman. Müddəti 80 dəqiqə. Yaş həddi 16+

Azərbaycanın haqq səsini dünyaya çatdıran filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində izləyin.