Park Cinema və Latviya Səfirliyi “Kiçik bir millət - böyük Animasiya” Festivalı təşkil edir

12-11-2021, 15:50
A+
A-

Animasiyadan söhbət açarkən, Latviya bütün dünyada vizual povest üslubu və animasiya müəllifləri ilə tanınan super gücə malik kiçik bir ölkədir.

MAGAZINEWS.AZ xəbər verir ki, bu il Latviya Respublikasının Bakıdakı Səfirliyi “Park Cinema” ilə birgə əməkdaşlıqla Azərbaycanda ilk dəfə olaraq, “Kiçik bir millət- böyük Animasiya” adlı Festival təşkil edir.

Festivalın açılışı 15 noyabr bazar ertəsi saat 19:00-da “Park Cinema”-da (Flame Towers) olacaq.

Açılışdan əvvəl saat 17:00-da Latviyanın məşhur animasiya filmləri rejissoru Vladimirs Leşçiovun iştirakı ilə jurnalistlər üçün brifinq keçiriləcək.

Açılış günü Vladimir Leşçiovun aşağıdakı filmləri nümayiş olunacaq:

Elektrikçinin Günü
Yeni ili gözləyirik
Yağışlı Günlər
Qanadlar və Avarlar

Latviya animasiyaları həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.
Festival noyabrın 21-dək hər gün 2 seansla davam edəcək.
Festival çərçivəsində 16 noyabr saat 15:00-da “Park Cinema”-da Vladimir Leşçiov tərəfindən ustad dərsi təşkil olunacaq.

Biletlər üçün aşağıdakı linkə daxil olun:

https://iticket.az/events?q=&venue=163&start_date=&end_date=&price_min=&price_max=&sort=


Festival çərçivəsində Park Cinema Instagram səhifəsində Air Baltic-dən 2 bilet və “Park Cinema”- dan 2 bilet qazanmaq üçün müsabiqə açıq elan edilib.