"Şuşa tariximizin dirçələn dəyəri"-adlı tədbir keçirildi

2-02-2022, 18:05
A+
A-


Yanvarın 29-da Bakı Gənclər Mərkəzində “Zəfər Təntənəsi” təşkilatının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Şuşa - Tariximizin dirçələn dəyəri!” adlı tədbir keçirilib.

MagaziNews xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, qazilər, media nümayəndələri, incəsənət xadimləri, həmçinin fəaliyyəti ilə seçilən digər şəxslər də iştirak ediblər.

Tədbirdə Şuşa Milli mükafatının təqdim olunma mərasimi həyata keçirilib. 

Bakı Gənclər Mərkəzində “Zəfər Təntənəsi” təşkilatının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Şuşa - Tariximizin dirçələn dəyəri!” adlı tədbirdə Milli Məclisin deputatları Vüqar İskəndərov, Jalə Əhmədova, Aydın Mirzəzadə, Vətən müharibəsi qaziləri Zakir İmanov, Ülvi Qədir, Azərbaycan-Ukrayna Alyansının sədri Elmar Məmmədov, "DOST"un mətbuat katibi Şahin Əliyev, media nümayəndələri, kino və fəaliyyəti ilə seçilən digər şəxslər mükafatlandırılıblar.

“Şuşa” milli mükafatına layiq görülənlər rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində öz canı, qanı bahasına qarış-qarış qazandığı Qələbədən, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın müxtəlif cəbhələrdə mübarizəsindən, təzyiqlərə rəğmən göstərdiyi müdriklik, qətiyyət və sarsılmaz iradədən, o cümlədən dünyanı heyrətə salan Şuşa döyüşlərindən bəhs edib, hazırda Şuşanın əsl tarixi simasının bərpası istiqamətində görülən işlərdən danışıblar.

Bildirək ki, tədbirin təşkilatçıları Zəfər təntənəsi və EMEDİA GROUP media təşkilatıdır.

"Şuşa tariximizin dirçələn dəyəri" adlı tədbirin aparıcıları Tural Ozan və Pərvin Əsgərli olub.


FOTOLAR: RAMIN QURBANOV