Azərbaycanlı məşhurlar "Türkistan" beynəlxalq turistik müsabiqəsinə qatıldılar
Qazaxıstanın Türkistan şəhərində azərbaycanlı müğənni Məmmədov Amil Həsənoğlunun iştirakıyla "Türkistan - Türk dünyasının mənəvi paytaxtı" beynəlxalq turistik müsabiqəsinin realiti-şousunun çəkilişləri baş tutub.
Bu barədə MagaziNews.Az-a Qazaxıstan səfərinin təşkilatçısı, rejissor, prodüsser Ceyhun Kərimov bildirib.
Onun sözlərinə görə, "TOURISM KZ" telekanalının təşkilatçılığı ilə keçirilən müsabiqədə həmyerlimiz Amil Həsənoğlu ən intellektual iştirakçı elan olunub.
Layihədə, həmçinin, Mirbek Atabekov (Qırğızıstan), Sitora Farmonova (Özbəkistan), Serena Uzun (Türkiyə), Aleksey Lodoçnikov (Qazaxıstan) da iştirak ediblər.
Ceyhun Kərimovun verdiyi məlumata görə, realiti-şounun qaydalarına əsasən, müxtəlif yerlərə ekskursiya edən müsabiqə iştirakçıları tamaşaçıları Türkistan vilayalətinin tarixi görməli yerləri ilə tanış etməli və hər kəsi bölgəyə səfərə dəvət etməli olublar. Gördükləri yerlər haqqında məlumatı isə iştirakçılar bələdçidən və digər müxtəlif mənbələrdən alıblar.
Qeyd edək ki, sözügedən reliti-şou daxili və xarici turizmin inkişafına, Türkistan vilayətinin milli, tarixi və mədəni dəyərlərinin təbliğinə, türkdilli ölkələr arasında münasibətlərin və mədəni əlaqələrin inkişafına yönləndirilib.
"Karvan-saray" kompleksində konsert verən müğənnilər müxtəlif mükafatlara layiq görülüblər:
"Amil Məmmədov - "İntellektual turist", Seren Uzun - "Uğurlu debüt", Sitora Farmonova - "Turizm favoriti", Mirbek Atabekov - "Turizm generalı", Aleksey Lodoçnikov - "Dostluq çarçısı".
Konsertdə, həmçinin, Qazaxıstan müğənniləri Beybit Koşkaliyev və Sədrəddin Bolat da çıxış ediblər.
Rejissor Ceyhun Kərimov qeyd edək ki, Amil Həsənoğluya Türkistanda klip də çəkib.
Klip azərbaycanlı turist və qazaxıstanlı gözəl bələdçi arasındakı sevgidən bəhs edir. Klipin baş qəhrəmanı "TOURİSM KZ" telekanalının rəhbəri, "Türkistan - Türk dünyasının mənəvi paytaxtı" beynəlxalq layihəsinin müəllifi Aygül Yerjigitdir. Layihə digər ölkələrin iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Klipin operatoru Əli Qustman ,montaj və rəng həmişəki kimi rejissorun bütün işlərində yanında olan Aleks Anişenkodur.
Bildirək ki, rejissor, prodüsser kimi fəaliyyət göstərən Ceyhun Kərimovun bir çox tanınmış sənətçilərlə iş birliyi olub. O, gələcəkdə də yeni layihələrin işıq üzü görəcəyinin anonsunu verib.
Mədəniyyət / Manşet
13-04 11:13
Digər Xəbərlər
Şou-Biznes / Manşet
03-10 09:23
Şou-Biznes / Manşet
02-10 16:20