Xəstəxanaya yerləşdirilən Əməkdar artistə qan köçürülüb

12-05-2023, 12:55
A+
A-


Əməkdar artist, kinorejissor Elxan Qasımovun son durumu açıqlanıb.

Sənətçinin qızı Kəmalə Qasımova “Report”a bildirib ki, atasının vəziyyəti ağır stabil olaraq qalır.

Onun sözlərinə görə, E.Qasımova qan köçürülüb:

“Müalicəsi davam edir. Cüzi irəliləyiş var, amma tam proqnoz vermək mümkün deyil. Həkimlər hələ dəqiq söz deyə bilmirlər”.

Qeyd edək ki, 78 yaşlı Əməkdar artist bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.