09:15 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" matçı ilə start götürəcək  |     00:54 "Sabah" 4:0 uduzdu  |     21:01 Premyer Liqa: "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlanıb  |     09:55 "Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)  |     09:35 “Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq  |     08:50 Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb  |     16:33 Coy-Lens Mikels Georgi Adamiyanın göstəricisini təkrarlayıb  |     13:50 Azərbaycan futbolunda qol yağışı: Son 21 mövsümün rekordu təzələndi  |     11:50 Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib  |     23:10 “Qarabağ” çətin qələbə qazandı  |     20:10 Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib  |     10:10 "Qarabağ" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Sumqayıt"a qarşı  |     20:53 “Sabah” “Zirə”ni darmadağın etdi  |     14:25 "Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir  |     09:33 Premyer Liqada IV turun matçları keçiriləcək  |     08:43 Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu  |     22:33 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     09:15 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir  |     16:45 "Kəpəz" cərimələnib  |     16:36 Kadi Borgesə ağır cəza  |    

Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” komediyası yenidən Musiqili Teatrın səhnəsində


Uzun fasilədən sonra, 19 iyul saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq.


MAGAZINEWS xəbər verir ki, quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov olan bu səhnə əsərində Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet truppalarının üzvləri çıxış edəcəklər.


Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Gözlənilməz və maraqlı süjet xətti olan komediyada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir…


Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.


Digər Xəbərlər