18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |    

Özbək Teatrı Musiqili Teatrın səhnəsində “Ah, bu qocalar – qəribə qocalar!” tamaşasını göstərəcək


Özbək Teatrı Musiqili Teatrın səhnəsində “Ah, bu qocalar – qəribə qocalar!” tamaşasını göstərəcək.

Son illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbəkistanın müxtəlif teatrları arasında imzalanan əməkdaşlıq memorandumları qarşılıqlı mədəni əlaqələrin inkişafına öz töhfəsini verməkdədir. Birgə layihələr çərçivəsində teatr kollektivlərinin qastrol səfərləri, rejissor, aktyor mübadiləsi həyata keçirilir.

Özbəkistanın Kattakurqon Şəhər Dram Teatrı və Muqimi adına Özbəkistan Dövlət Akademik Teatrlarının yaradıcı heyətlərinin ötən mövsümdəki qastrol səfərlərindən sonra bu ənənə uğurla davam etdirilir.

Bu dəfə isə Akademik Musiqili Teatrın qonağı Özbəkistanın Namanqan Dövlət Musiqili Dram Teatrı olacaq. Onlar 2 və 3 oktyabr tarixlərində saat 19:00-da “Ah, bu qocalar – qəribə qocalar!” komediyasını nümayiş etdirəcəklər.

Süjet xəttində ailə-məişət məsələləri dayanan səhnə əsərinin müəllifi Özbəkistanın Xalq şairi Oxunjon Hakimov, səhnələşdirəni və rejissoru Marufjon Niyazovdur.

Özbək dilində təqdimatı nəzərdə tutulan tamaşanın biletlərini şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.


Digər Xəbərlər