Park Cinemada "Ana" filmi nümayiş olunacaq - FOTO

15-01-2024, 19:48
A+
A-


18 yanvar 2024-cü il tarixindən Park Cinema kinoteatr şəbəkəsində, bütün şəhid analarına həsr olunmuş "Ana" filmi nümayiş olunacaq.

Film mərhum xalq yazıçısı Gülhüseyn Hüseynoglunun eyni adlı hekayəsi əsasında çəkilmişdir.

Ekran işinin layihə rəhbəri Togrul Abdullayev, rejissoru isə Vüsal Məmmədovdur.

Prokatdan əldə olunacaq gəlir "Yaşat Fondu"na ianə olunacaq.