08:35 Musiqili Teatrın solisti Qazaxıstanda uğurla çıxış etdi - FOTO  |     17:20 Tezliklə CineMastercard-da Hoakin Feniks və Ledi Qaqa ilə “Joker: İki nəfərlik dəlilik” filmi - VİDEO  |     09:49 Red Bull Soapbox Race 2024-ün qalibləri bəlli oldu - FOTO  |     14:18 "Red Bull Soapbox Race 2024" yenidən Bakıda! - FOTO  |     11:16 Musiqili Teatr Brestdə uğurla qarşılandı - FOTO  |     09:21 Akademik Musiqili Teatrda yeni mövsümün ilk premyerası olacaq  |     08:33 Sevgi̇ i̇lə dəli̇li̇yi̇n bi̇rləşməsi̇ndən yaranmış möhtəşəm cütlük  |     15:10 Dünya rekordçusu Alov Qüllələrini fəth etdi: Bakıdakı tarixi sleklayn hadisəsi - FOTO/VİDEO  |     09:18 Akademik Musiqili Teatr yeni mövsümə başladı - FOTO  |     14:17 CineMastercard kinoteatrında “Qarğa” mistik trillerin premyeradan öncə nümayişi baş tutub - VİDEO - FOTO  |     19:51 "Cütlüklər evlənmədən öncə eyni evdə..." - VİDEO  |     16:25 Yağlı dirək yarışının qalibləri müəyyənləşdi - FOTOlar  |     12:27 CineMastercard kinoteatrında “Milli Mətbuat Günü”  |     20:20 Qurban Qurbanovun görüntüləri marağa səbəb oldu - VİDEO  |     19:00 Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatra təşəkkür etdi - FOTO  |     11:10 CineMastercard kinoteatrında “Yaramaz Mən 4” cizgi filmi nümayişi ilə uşaq bayramı keçirildi - VİDEO - FOTO  |     18:11 İyulun 21-də Nərəkənd parkında Red Bull Yağlı Dirək yarışı keçiriləcək  |     19:35 CineMastercard kinoteatrlarında “Emanet” Türk filmi - VİDEO  |     16:05 CineMastercard Barselonada keçirilən CineEurope sərgisində iştirak edib - FOTO  |     18:15 Bakıda maraqlı "evlilik təklifi" - VİDEO  |    

Əməkdar artist Emil Əfrasiyab dünyaca məşhur musiqi axınına qoşuldu - VIDEO


Əməkdar artist Emil Əfrasiyab dünyaca məşhur musiqi axınına qoşulub.


Magazinews.Az xəbər verir ki, pianoçu, bəstəkar mütəmadi olaraq öz yutub kanalında bekvokallığını da özü edəcəyi mahnıları akapella şəklində oxuyacaq. Layihənin ilk hissəsində onu Xalq artisti Əlixan Səmədov balabanı ilə müşayiət edib. 


Emil bir növ bu layihəsi ilə dünyaca məşhur musiqiçi Ceykob Kolierə meydan oxuması haqda fikirlərini bölüşərək, bunları vurğulayıb:


"Musiqidə polifoniya peşəkarlıq zirvəsini tutur. Polifoniyanı bilməyən, bu səsləri aparmayan musiqiçi deyərdim ki, hansısa bir azərbaycanlının Azərbaycan dilində danışmaması kimidir. O ki, qaldı mənim akapella şəklində yığdığım bu əsər... Bu da çox mürəkkəb şəkildə olan polifonik əsərdir.


Ceykob Kolier 2015-2017-ci illərdə peyda olan musiqiçidir. Çox gəncdir. Amma mən artıq 2002-ci ildə "A-trio" və "Şeron" qruplarının "Ay lolo", "Çay" mahnısında çoxsaylı akapelladan istifadə etmişəm. O zaman isə Ceykob Kolier yox idi. Əfsuslar olsun ki, bizdə səs rejissorluğu o qədər də inkişaf etməmişdi, bir az problemli sahə idi. Bu səbəbdən bunu birinci ölkə olaraq yox, ikinci ölkə olaraq təqdim etmiş olduq.

Mən də bu işimlə istədim ki, sözün yaxşı mənasında bir dost mesajı göndərim. 

"Подмосковные вечера" (Moskva gecələri) mahnısını seçməyim isə qəfildən oldu.  Biz adət etmişik ki, balaban nəfəsli alətində ancaq xalq və yerli mahnılar ifa olunsun. Xalq artisti Əlixan Səmədov bu mahnını mənim də müşayiət etməyimi təklif etdi. Düşündüm ki, bunu qeyri-adi bir şəkildə təqdim etmək lazımdır. Düzdür, çoxları deyəcəklər ki, bunu vaxtı ilə edənlər olub. Amma nəticə etibarı ilə  nə sosial şəbəkələrdə, nə də başqa bir yerdə görmüşəm. Növbəti mərhələlərdə daha mürəkkəb formada təqdim edəcəyəm".


Qeyd edək ki, E. Əfrasiyab 1989-2000-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 2000–2006-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsindən oxuyub.  2012-ci ildə Bostona yola düşərək, Berkli Kollecində təhsilini davam etdirib və 2020-ci ildə oranı bitirib.



[media=]


Digər Xəbərlər