“21-ci möcüzə” filminin təqdimatı baş tutdu - FOTOlar
Rejissor Şahin Qəhrəman dram janrında çəkdiyi "21-ci möcüzə" filmini ictimaiyyətə təqdim etdi.
Magazinews.Az xəbər verir ki, yaş həddi +12 olan, 450 nəfərin iştirak etdiyi filmin qala gecəsi Park Cinema "Flame Towers"- da izdihamla keçdi. Film onu izləyən tamaşaçılar tərəfindən bəyənildi, fərqli reaksiyalar yaratdı və səs-küyə səbəb oldu.
Onu da qeyd edək ki, 20-dən çox aktyoru, rejissoru, texniki heyyəti bir araya toplayan "21-ci möcüzə" TV, mətbuat və sosial şəbəkələrin gündəmində oldu.
Film tamaşaçı marağının çox olması ilə əlaqədar Fevralın 22-dən Park Cinema bütün filiallarında nümayiş olunur.
Bu ailə dramı, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına şübhə doğurmur.
Fərid və Ramal Bakı küçələrində böyüyən kimsəsiz gənclərdilər. Ramal Fəridin saflığından istifadə edib, işləməyə məcbur edir ki, guya bu pulu toplayıb anasını tapmağa gedəcəklər. Günlərin birində varlı ailədən olan Ayanı təsadüf nəticəsində xilas edirlər. Ayan dərdini bu gənclərə danışır. Fərid isə bu dərdə çarə tapır. Məsləhət görür ki, Ramal ilə Ayan guya bir-birini sevir və evlənəcəklər. Elə hər şey də bundan sonra başlayır.