13:16 “FC 25” 2v2 üzrə PS5 turniri ilk dəfə Bakıda! - FOTO  |     13:08 Prezidentdən Arif Babayevlə bağlı sərəncam  |     16:03 “Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO  |     16:00 Wings for Life World Run 2025: Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu - FOTO  |     14:00 Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib - FOTO  |     12:55 Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO  |     19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |    

“Səma ilə Görüş” filminin təqdimatı oldu - VIDEO


Azərbaycan Kino Mərkəzi, kinosevərlərin böyük marağına səbəb olan “Səma ilə Görüş” filminin təqdimatı keçirildi. Filmin  baş prodüseri, Azərbaycan kino Mərkəzin təsisçisi Orxan Mərdan, rejissoru Rüfət Şahbazovdur. Filmin ssenarisi Orxan Mərdan, Vüqar Hüseynov və Talıb Əhmədov tərəfindən qələmə alınmışdır. Operatorluğunu Şahmar Səfəroğlunun üstələndiyi filmin icraçı prodüseri Fuad Cəfərov, prodüseri isə Amiran Babayevdir.  Azərbaycan kinosuna yeni nəfəs gətirəcək olan bu əsər, izləyicilərə unikal təcrübə vəd edir.

"Səma və dostları, dələduzluqla əldə etdikləri pulları ağır xəstəliklərdən əziyyət çəkən insanlara yardım etmək üçün xərcləyən, müasir dövrümüzün Robin Qudlarıdır. Xeyirxah əməllərinə görə onları tərif edən də var, tənqid edən də. Dostların həyatı maraqlı hadisələrlə doludur. Lakin bir gün həyat onlara elə bir zarafat edir ki, dostların özlərinin yardıma ehtiyacı olur. Filmin sujet xətti, Səma və dostlarının həyatını, onların seçimlərin və bu seçimlərin gətirəcəyi nəticələrin təsiri ilə dəyişib, filmin sonunda onları gözləyən həyat dərsinə doğru aparacaqdır. Bu yolda onlar qurban verməli və dost dedikləri insanlardan imtina etməli olacaqlar. Rafael İsgəndərov, Taleh Yüzbəyov, İlkin Həsəni, Kəmalə Piriyeva, Turanə Hüseynli və Əlibəy Məmmədli kimi tanınmış simaların canlandırdığı obrazlar, filmin dramatik, hərəkətli və komediyalı məzmununu daha da zənginləşdirir.

Filmin sujet xətti tamaşaçıları həm ağladacaq, həm güldürəcək, həm də düşündürəcək səhnələrlə doludur. Bu da onu tamaşaçılar üçün qaçılmaz bir kino hadisəsinə çevirir.

Orxan Mərdanın rəhbərliyi , yaradıcı komandanın əziyyəti ilə başa gəlmiş “Səma ilə Görüş” filmini, Azərbaycan Kino Mərkəzi olaraq sizlərə təqdim etməkdən qürur duyuruq. 


[media=]


Digər Xəbərlər