"SELFİNAZ 2" Stand up Comedy Show baş tutdu

29-01-2022, 12:46
A+
A-



"SELFİNAZ 2" Stand up Comedy Show adlı canlı tamaşa baş tutub.

MAGAZINEWS.AZ xəbər verir ki, ötən gün aktyor Fərda Xudaverdiyevin təqdimatında növbəti stand up şousu keçirilib.

Nizami Kino mərkəzində baş tutan gecədə bir çox tanınmış sənət nümayəndələri və aktyorun həmkarları onu yalnız buraxmayıblar.

Konsert öncəsi səbəbkar media nümayəndələrinin suallarını cavablayıb.

"Artlemma Film" tərəfindən həyata keçirilən "Stand up" şou böyük maraqla qarşılanıb. Fərda Amin və Təvəkkül T. Mehrəliyevə aid olan ssenari 5 ilə ərsəyə gəlib. Tamaşanın rejissorluğunu Təvəkkül T. Mehrəliyev, baş prodüserliyini isə Resan Mehrəliyev edib.

 "Selfinaz 2" fevral ayının 10-dan etibarən bütün kinoteatrlarda izləyicilərin ixtiyarına veriləcək. Biletləri kinoteatrların kassalarından əldə edə bilərsiniz.


TURAL HUSEYN


VIDEO  ZAUR HACIYEV

FOTOLARIN MÜƏLLİFİ RAMİN QURBANOVDUR.