Zamiq Hüseynov yeni yay klipini təqdim etdi

2-06-2022, 11:00
A+
A-




Zamiq Hüseynov yeni yay klipini təqdim etdi.

MagaziNews.Az xəbər verir ki, müğənni Zamiq Hüseynov "Gözlərində" adlı yeni mahnı və ona çəkdirdiyi klipini təqdim edib.

Bəstənin müəllifi OGB-dir. Mahnının aranjimanı Samir Şirinov, mix-masteri Oleq Naumov, bekvokalı isə Esmira Rzayeva və Leyla Sezere aiddir.

Emin Muradovun rejissorluğu ilə ərsəyə gələn klipdə, Zamiq tərzli libasları ilə göz oxşayıb. Xarizmatik ulduzun "make-up"ı üzərində stilist Elnur Həsənov çalışıb. Ekran işinin prodüseri Fuad Vəlizadədir.

Bundan əlavə, Hüseynov Niko Abbasovun obyektivi ilə lentə alınan retro fotosessiyasını da paylaşıb.