13:16 “FC 25” 2v2 üzrə PS5 turniri ilk dəfə Bakıda! - FOTO  |     13:08 Prezidentdən Arif Babayevlə bağlı sərəncam  |     16:03 “Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO  |     16:00 Wings for Life World Run 2025: Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu - FOTO  |     14:00 Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib - FOTO  |     12:55 Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO  |     19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |    

“Sevməkdən qorxmaq lazım deyil” – Murat Dalkılıç – FOTOLAR - VİDEO


Ötən gün Bakıda Türkiyənin məşhur “Dünya Hali” filminin qala gecəsi keçirilib. Rejissorunun Ömər Canın olduğu film aşiq olma qorxusu olan Sərdarın və onun sevdiyi gənc qadın  olan Gizemin eşq macəralarından bəhs edir.

Magazinews.Az xəbər verir ki, filmin əsas qərəmanları Nizami Kino Mərkəzindəki gecəyə qatılıblar. Murat Dalkılıç, Melis Sezen və Serenay Aktaş film öncəsi media nümayəndələrinin suallarını cavablandırıblar.
İlk olaraq filmdə aşiq olmaqdan qorxan adam rolunu  canlandıran Murat təəsüratlarını bölüşüb:

“Mənə göstərdiyiniz diqqətə görə çox xoşbəxtəm. Qonqaqpərvərliyniz çox xoşuma gəldi. Gözəl yeməklərinizdən yedik. Filmi bərabər izləyəcəyik. Çəkilişlərimiz bir ay davam edtdi. Filmdə Sərdar obrazını canlandırıram. Aşiq ola bilməyən bir gəncdir. Bunun başıma gələcək bir şey olduğunu düşünürəm. Heç kimə də arzulamıram. Sonda  Gizeme aşiq olur. Birlikdə gözəl macəralarımız yaşanır. Dostlarım sevgimizin baş tutmasında köməklik etməyə çalışırlar. Bu rolu canlandırmaq həqiqətən çətindir. Daha öncə aktyor kimi xırda rollarımın olduğu layihələrdə yer almışam, ancaq belə geniş anlamda ilk işimdir. Belə gözəl filmlə başlaçağım çox yaxşı oldu. Sizin də filmimizi bəyənəcəyinizə inanıram. Gözəl enerji ilə çalışdıq. İnsanlara da bunu ötürməyə çalışdıq. Sevməkdən qorxmaq lazım deyil, aşiq olunmalıdır. Onun bütün problemlərini çəkməlisən. Eşq həyatın ən önəmli motivasiyalarındandır. Aşiq olunca hər şey başqa olur. Bakıya çox gəlmişəm. Ən son Olimpiya stadionunda yeni il konsertində çıxış etdim. Buranın gözəlliyini dostlarıma da anladıram. Musiqini atmağı düşünmürəm. Həyatımda sahib olduqlarıma musiqinin sayəsində yiyələnmişəm.”

Filmdə Dalkılıçın dostlarından olan Serenay Aktaş obrazı barədə məlumat verib:

“Mənə görə Muradın gözəl aktyorluq qabiliyyəti var. İlk filmidir,hətta gecikdiyini düşünürəm. Masal obrazını canlandırıram. Dəli-dolu,barda çalışan bir qızdır. Gizəmə Sərdarın filofobik olduğunu mən deyirəm. Dostuma dəstək olmağa çalışıram. Çox əylənərək səhnələrimizi çəkdik.”

Həyəcanlı olduğunu deyən Melis Sezen də yeni  filmlərindən söz açıb:

”Biz Muradın aktyorluq qabiliyyətini çox bəyəndik. Filmdə Gizəm rolundayam. Jurnalist olan pozitiv qızı canlandırıram. O, filofobik adamla müsahibə etməlidir. Sərdar isə  əslində elə biri deyil.  Gizəmi əldə etmək üçün rola girir. Filmin çəkilişini bitirdikdən üç gün sonra digər rol aldığım ”Möcüzə” filminin çəkilişinə qatıldım. 1 martda təqdimatımız olacaq.”

Qeyd edək ki, Azərbaycan mahnılarına  aşiq olduğunu bildirən  Murat Dalkılıç konfransın  sonunda  canlı mahnı da ifa etdi. 
Bundan başqa qala gecəsinə qatılan filmin aktrisaları dekolteli geyimləri ilə diqqət çəkiblər.


Tural Hüseyn

Fotolar: Ramin Qurbanov, Zaur Hacıyev






 


Digər Xəbərlər