Sərdar Ortac mahnılarının müəlliflik haqqını da qumarda uduzub

14-07-2023, 11:53
A+
A-


"Serdar Ortac əlində nəyi var, nəyi yox hər şeyini qumarda uduzdu. İş o yerə çatdı ki, mahnılarının müəlliflik haqlarını belə qumara qoydu. Bu onun gələcəyi, qocalıq təminatı idi. Onu da əldən verdi".


Lent.az-ın xəbərinə görə, bu fikirləri qatıldığı şou proqramlardan birində Serdar Ortacın köhnə dostu, şoumen Mehmet Ali Erbil səsləndirib.

O, bir zamanlar bu barədə Serdara çox xəbərdarlıq etdiyini, bu səbəblə dəfələrlə aralarında narazılıq yarandığını bildirib:

"Dalaşsaq da, heç bir zaman küsmədik. Hər zaman birlikdə olduq, heç ayrılmadıq. Vaxtından əvvəl gələn şöhrət, qədərindən çox gələn pul Serdarın bu günkü sonunu hazırladı".

Serdar Ortacın milyonlarla izləmə sayı toplamış yüzə yaxın hit mahnısı var. Bu mahnıların müəlliflik hüquqlarından gələn pul böyük sərvət dəyərindədir.