Rus milyarder Bred Pittdən 350 milyon istəyir

14-07-2023, 10:29
A+
A-


Rus milyarder Yuri Şefler Hollivud ulduzu Bred Pitti məhkəməyə verir.


Milyarder aktyoru "Chateau Miraval" üzüm bağını ələ keçirib talan etməkdə ittiham edib. Şikayətdə bildirilib ki, B.Pitt aktrisa Ancelina Coli ilə evli olarkən birlikdə aldıqları bağda hovuz və səsyazma studiyasının təmiri adı ilə milyonlarla dollar xərcləyərək milyarderi satın aldığı "Nouvel" şərab zavodunu işlətməkdən məhrum edib.

B.Pittə və onun tərəfdaşlarına qarşı iddia iyulun 10-da Kaliforniya məhkəməsində qaldırılıb. İddiaçılar hesab edirlər ki, aktyor və onun tərəfdaşları "Nouvel"ə 350 milyon dollardan (595 milyon manat) çox pul borcludurlar.

Qeyd edək ki, daha əvvəl Coli Pitti məhkəməyə verib. Buna səbəb aktyorun Colini biznesdəki payını sataraq, layihəni məhv etməklə hədələməsi olub.

Şikayətdə həmçinin iddia edilib ki, Pitt səsyazma studiyasının təmiri də daxil olmaqla, mənasız layihələrə milyonlarla dollar qazanc xərcləyərək biznesi talayıb. /Axsam.az/