"Özümü pisləyib, hərəkətlərimi təkrarlayırlar" - Renka - FOTOLAR

18-11-2018, 14:17
A+
A-

"Məni təkrarladıqları üçün sevinirəm" - bu sözləri Magazinews.az -a müsahibəsində rəqqasə Renka deyib.

Renka adı ilə tanınan rəqqasə Rəna Ağamuradovanın Magazinews.az -a  müsahibəsini təqdim edirik:
 
Son zamanlar səni aparıcı kimi də görürük, aldığın rəylərdən razısan?

"Xanımlar çox bəyənirlər. Elələri də var,  deyirlər ki, rəqqasə nə vaxtdan aparıcı olub. Rəqsə başlayanda da məni tənqid edən çox idi. Heç kimə fikir vermədim və irəli getdim. Həmçinin, aparıcı kimi istədiyim yerə çatacağımı bilirəm. Belə başlamışamsa, sonunun da super olacağına əminəm. Heç vaxt kiməsə görə yaşamamışam. Mən özümə və ailəmə görə yaşayıram. Nə istəmişəmsə, ona nail oluram. Arzularım həmişə yerinə yetib."

Rəqslə məşğul olmağın müəyyən yaş həddi var. Bu sahədə özünü sınamağın fəaliyyət istiqamətini dəyişməyə hesablanıb?

"Bəli, ola bilər. Aparıcı kimi özümü sınamaq istəyirəm. Rəqs fəaliyyətimi bitirmək istəyirəm. Həmişə rəqs ola bilməz axı?! Bir az yorulmuşam. Övladlarıma daha çox zaman ayırmaq istəyirəm. Artıq böyüyüblər. Onlarla daha yaxın olmaq üçün rəqsdən uzaqlaşmaq istəyirəm."

Bəs övladlarının hansı peşəyə marağı var? İstənilən seçimlərində valideyn kimi dəstəyin olacaq?

"Oğlum futbol ilə məşğul olur. Ən böyük arzusu futbolçu olmaqdır. Qızımın həkimliyə marağı var. Onun kosmetoloq kimi fəalliyət göstərməyini istəyirəm. Özünün də həvəsi var. Uzanıram, üzümü masaj edir. Maskalar çəkir. Peşə seçimləri özlərinin ixtiyarında olacaq. Həyat elədir ki, nə olacağını bilmək olmur. Mən iki il öncə saç ustası idim. Ağlıma gəlməzdi ki, rəqqasə olacam. İstədiyimə çatacam. Allah onların yolunu açıq eləsin. Həmişə nəzarətimdə olacaqlar. Onlara dəstək olacam. Övladlarıma sənət seçimi ilə bağlı qadağa qoymayacam."

Latın-Amerika rəqslərin ilə gündəmdəsən. İdeya necə yarandı?

"Fərid təklif etdi. Mehman və Fərid iki qardaşdırlar. Gözəl latın-amerikan rəqsləri oynayırlar. Proyekt kimi hazırladıq. Gözəl alındığını, bəyənildiyini gördük. O ərəfədə boş vaxtım var idi. Hazırda bütün günü çəkilişlərdə, tədbirlərdə oluram. Bu rəqslərimizin insanlarda maraq oyatdığını görürəm. Digər rəqqasələr də bu rəqsi oynamağa başlayıblar. Əslində, məni təkrarladıqları üçün sevinirəm. Onlar məndən ilhamlanırlar. Mənim üçün fəxrdir. Rəqsləri, özlərini aparmaqları ilə məni təkrarlayırlar. Elə olub ki, qızlar rəqqasə görürlər, elə bildik, sən idin, deyirlər. Bir az özləri olsunlar, tam oxşatmasınlar. Məndən yaxşı xüsusiyyətləri götürdüklərinə görə sevinirəm."

Bəzən görürük həmin rəqqasələr bostanına daş atırlar..

"Onlar hamısı mənə söz atırlar. Özlərini reklam etmək istəyirlər. Hərənin öz stili və sevənləri var. İnsanların zövqü müxtəlifdir. Həmişə demişəm ki, rəqsə görə savaşmayın. Bakı şəhərində hamıya iş bəs edir. Hərənin öz ruzisi var."

Həmin rəqqasələrdən biri efirdən səni bəyənmədiyini, qəbul etmədiyini bildirdi..

"Onun öz fikridir. Çalışsın ki, özü ilə reklam olsun. Mənim adımdan istifadə edib reklam olmasınlar. İnsanlar sosial şəbəkədə mənə mesaj yazırlar ki, bu qədər oxşatmaq lazım deyil. Özümü pisləyirlər, amma hərəkətlərimi təkrarlayırlar. Elə insanlara heç vaxt fikir vermənişəm. Onlara önəm versəm, qabağa gedə bilmərəm. Onsuzda mən öndəyəm. Bunu hamı bilir."

Ardıcıl plastik əməliyyatlar keçirdin. Burun əməliyyatını Türkiyədə keçirmə səbəbin yerli həkimlərə inamsızlıqla bağlıdır?

"Anamın gözlərini yoxlatdırmaq üçün İstanbula getdim. Orda olanda bu barədə söz düşdü. Qərar verdim ki, getmişkən burnumu da əməliyyat etdirib gəlim. O həkimin əl işlərini görmüşdüm. Tanış qızların əməliyyatlarını edib. Çox bəyənmişdim."

Əməliyyata davam, ya tamam?

"Mənə elə gəlir ki, bununla son olacaq. Bir-iki əməliyyat ola bilər olsun. Hələki saxlamışam."

Tural Hüseyn

Fotolar: Ramin Qurbanov / Rəşad Nəsirov