Məhkəmə skripkaçının müğənni barəsindəki şikayəti ilə bağlı qərar verdi

2-08-2023, 09:30
A+
A-


Skripka ifaçısı Natiq Nuriyev müğənni Vüqar Muradovu məhkəməyə verib. 

Axsam.az-ın əldə etdiyi məlumata görə, musiqiçi məhkəmədə uduzub. İfaçının müğənniyə qarşı iddiası rədd edilib. 

Qərardan narazı olan N.Nuriyev isə apellyasiya məhkəməsinə müraciət edib. Növbəti iclas avqustun 23-də keçiriləcək. 

Məsələ ilə bağlı V.Muradov açıqlama verib. O bildirib ki, qarşı tərəfin iddiaları əsassızdır:



“Qərar mənim xeyrimə çıxıb. O da narazıdır. Sona kimi gedəcək. Nə etməyə çalışır bilmirəm”. 

Qeyd edək ki, Vüqar TV-də adını söyləməsə də, daha sonra KİV-ə müsahibələrinin birində - “Elçin Cəlilovu narkotikə öyrəşdirən musiqiçi Natiq Nuriyevdir. Bunu çəkinmədən deyirəm, qorxacaq heç nə yoxdur. Sadəcə, efirdə adını açıqlamaq istəmədim”, - deyib. Musiqiçi müğənnini məhkəməyə verərək, ondan 50 min təzminat istəyib.