İbrahim Tatlıses sərvətini açıqladı - Siyahı

3-08-2023, 11:22
A+
A-


Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs sərvətini açıqlayıb.


Türkiyə mətbuatı xəbər verir ki, Tatlısəs haqqında yayılan sərvət xəbərlərini təkzib edib.

Belə ki, ötən günlərdə “Sərvəti heyrət doğuran məşhurlar” siyahısında adı başda çəkilən müğənni orada göstərildiyi kimi sərvətinin olmadığını bildirib. 

Bütün var-dövlətini yazılı şəkildə açıqlayan İbrahim Tatlısəsin paylaşımı gündəm olub.

İbrahim Tatlısəsin açıqladığı sərvətini təqdim edirik:

Seyrantəpədə 1.5 sot torpaq sahəsində kababxana, Televiziya binası, "Tatlıses Şirkətlər Qrupu"nun binası, "By Tatlısesgiyim"in emalatxanası və mağazası, Demirciköy Alarko sitesində villa, Seyrantepe OYAK sitesinde üç mənzil, Şanlıurfada mənzil, Şanlıurfada 3 sot torpaq, İzmir Narlıdere Folkart Evlərində mənzil, Hadımköy Günışığı Konaklarında villa, 1 qayıq, 2 sürətli qayıq, 2 Mersedes, 3 Jeep, 1 limuzin, 20 şirkət maşını, Bodrum Bitezdə 48 mənzilli "Tatlıses Paradise"  və içərisində villa, Bodrum Bitezdə 6,5 sot dəniz kənarında 26 otaqlı Golo Beach Hotel, Bodrum Bitezdə 6,5 sot torpaq, Kuşadasında 8 sot torpaqda 6 mərtəbə, 157 otaq və 314 çarpayılıq "Tatlıses Hotel", İstanbulda 5 kabab evi, peyk kanalı və kabel televiziyasında yayımlanan kanal və Türkiyənin bir çox bölgəsində yayımlanan "Tempo TV". /qafqazinfo/