Aysel Şükürova: “Keçmiş ərim bıçaqla məni vurmaq istəyirdi, dostuma dəydi”

4-08-2023, 23:55
A+
A-


Bloqer Aysel Şükürova keçmiş əri Elşən Əsgərli tərəfindən hücuma məruz qaldığını bildirib.

O, bu barədə “Instagram” hesabında paylaşım edib:

“Mən dünən haqsız yerə cinayətə qurban gedəcəkdim. Dünən yanımda olan bütün dostlarıma təşəkkür edirəm. Keçmiş həyat yoldaşım Elşən Əsgərli məni bıçaqlamaq istəyirdi. Dostlarım araya girdi, bıçaq dostlarımdan birinin əlinə və ayağına girdi. Mən ondan sübut istədim, heç nəyi sübut edə bilmədi. Oğlumun, anamın yanında evimin qabağında ağzına gələni danışdı.  

Daha sakit danışmaq adı ilə görüşə çağırdı. Mənə dedi “Sübut edəcəyəm hər şeyi, gəl”. Getdim, elə danışan yerdə bıçaq çəkdi. Bunların hamısını kameraya çəkmişəm. Sonra polislər gəldi, onlara təşəkkür edirəm.



İndi yenə polisə gedəcəyəm. Bu insanın “Dəlilik kağızı” var. Polislərin yanında deyirdi ki, mənim “Dəlilik kağızım” var. Heç bir polis mənə heç nə edə bilməz. Polislər də eşidirdi dediklərini. Bu insan aliment vermir, ancaq bizi narahat edir. Oğlum Uğur hələ də ağlayır. Uşaq dünəndən ağır depressiyaya düşüb. Bu insan hələ də bizdən əl çəkmir”, - deyə bloqer əlavə edib.

Qeyd edək ki, Aysel Şükürova Keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır.

O ikinci dəfə ailə qurduğu Oqtay Əhmədovla rəsmi şəkildə boşanıb. Onun Elşəndən bir, Oqtaydan isə əkiz oğlanları var.