Tanınmış türkiyəli müğənni siyasətçi olur - FOTO

5-08-2023, 10:34
A+
A-


90-cı illərin məşhur türkiyəli müğənnisi Hakan Pekerin siyasətçi olacağı ilə bağlı məlumatlar yayılıb.

“Ateşini yolla bana”, “Kerem”, “Bir efsane” kimi unudulmaz mahnıları ilə tanınan Hakan Pekerin bələdiyyə sədrliyinə namizəd olacağı iddiası gündəmə gəlib.

Onun 2024-cü il martın 31-də keçiriləcək seçkilərdə Safranboludan bələdiyyə sədrliyinə namizəd olacağı deyilir.

Müğənni “Twitter” hesabından bu xəbərlərlə bağlı açıqlama verib.



“Nə bilmək olar… Mənim çox gözəl layihələrim var. İncəsənət və mədəniyyət şəhəri illər əvvəl YUNESKO-nun tarixi irs şəhərləri arasında yerini alıb. Çox gözəl planlarım var. Hələlik qismət deyək...”, - deyə o qeyd edib.