"Adam hər ölkədə tumançaq konsert verir" - FOTO

6-09-2023, 17:43
A+
A-

"35 mindən çox insanı bir yerdə bir bu adamın konsertində görmüşəm, bir də "Baboş"un (TikTok fenomeni) canlısında". 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elvin Mirzəzadə tənqid olunan "İmagine dragons"un Bakı konserti haqda fikirlərini bildirərkən qeyd edib. 

"Baboş" izləyicisi olan "qaqa"lar bu konsertə gedən qızları əxlaqsız çıxardı. Ay qardaş, ay gözəl insan, camaat ora mahnılarını sevdiyi ifaçını dinləməyə gedib. Onunla yaxınlığa yox. Adam hər ölkədə tumançaq konsert verir. Bərəkət haqqı dünya ulduzlarının konsertlərinin 90 faizi bu tərz keçir. Rahat olun. "Baboş" canı əxlaq konsertə getməklə ölçülmür" - deyə E.Mirzəzadə deyib.