Cennifer Lopezin dırnaqları trendə çevrildi

14-09-2023, 11:35
A+
A-


Dünyaca məşhur müğənni Cennifer Lopezin Nyu-York moda həftəsindəki dırnaqları mövsümün trendinə çevrilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Cennifer Lopez dırnaqları ilə modapərəstlərin diqqətini çəkib. Onun "chai latte" üslublu manikürünü artıq bu mövsümün trendi adlandırılıb.

Dizayna cavabdeh bir çox Hollivud ulduzunun dırnaqlarını düzəldən ulduz usta Tom Baçik idi. Yaranan zərif kölgə, oval forma ilə birləşərək, barmaqları nəzərəçarpacaq dərəcədə uzun göstərir. Aktrisa bunu fotoda nümayiş etdirib və ustası da paylaşıb.