Verilişi bağlanan Nanə ABŞ-a GETDİ - FOTO

16-09-2023, 22:55
A+
A-


Aparıcı Nanə Ağamaliyeva okeanın o tayına, ABŞ-a gedib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bununla bağlı televiziya ulduzu sosial şəbəkə hesabında məlumat yayıb.

Nyu-Yorku qarış-qarış gəzən Ağamalıyeva şəhərin əsas rəmzlərindən biri sayılan "Azadlıq heykəli" önündə çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nanə sözügedən paylaşımına "günəş" işarəsini yazıb.  

Qeyd edək ki, Nanə Ağamalıyevanın aparıcısı olduğu "Günün sədası" səhər verilişi yeni mövsümdən efirdə yayımlanmayacaq. Nanə bundan sonra yalnız "Nanəli" musiqili-əyləncəli proqramını aparacaq.