Müğənni və arvadı küçədə döyüldü - FOTO

26-10-2023, 17:10
A+
A-


Müğənni Emirkan Yıldız və həyat yoldaşı uşaqları yola salmaq üçün getdikləri məktəbdə maşın saxladıqları üçün tanımadığı qadın və mühafizəçisi tərəfindən döyülüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, davada yıxılan müğənni çiynini sındırıb.

Xəstəxanaya çatdırılan Emirkan təcili əməliyyat olunub.

Dəhşətli hadisədən sonra Emirkanın İnstaqram hesabında yer alan paylaşımda "Müvəkkilim Emirkan Yıldız və dəyərli həyat yoldaşı Serap Yıldız uşaqlarını dərsdən  götürərkən əvvəlcə şifahi təzyiqlərə məruz qaldılar, sonra isə təcavüzkarın gözətçisi tərəfindən döyülərək yaralandılar. Döyülməsi nəticəsində bədənində sınıq yaranan müvəkkilim əməliyyat edildi, vəziyyəti yaxşıdır. Bu dəhşətli və kədərli hadisəyə səbəb olanlara qarşı Baş Prokurorluğa şikayət etmişik. Hörmətlə"