Məşhur müğənni qadınlardan QORXUR: Küçəyə çıxmır

28-10-2023, 15:36
A+
A-


Türk musiqisinin ulduzlarından biri, bəstəkar müğənni Selami Şahin xanımı Didem Şahin olmadan küçəyə çıxmaqdan qorxduğunu etiraf edib.

Lent.az bildirir ki, Selami Şahin 1985-ci ildə evləndiyi xanımı ilə 2015-ci ildə, yəni evliliklərinin 30-cu ilində yenidən evlənib, daha doğrusu, nikah təzələyib.

Bir neçə ay öncə Selami Şahinin küçədə qadın fanatları ilə çəkilən şəkilləri onun haqqında xoş olmayan şaiyələrin yayılmasına səbəb olmuşdu. Qəzetlər Selami Şahinin tez-tez fanatlarını ofisinə çağırıb, onlarla əxlaqsız davranışlar etdiyini yazmışdılar. Bu söz-söhbətlərə cavab olaraq onun xanımı bildirmişdi: "Selami istəyərsə, bir günlük eşq macəraları ola bilər. Buna susaram".

Selami Şahin isə deyilənlərin iftira olduğunu vurğulayaraq, bir daha heç bir qadın pərəstişkarı ilə şəkil çəkdirməyəcəyini söyləyib.

O xanımı olmadan artıq küçəyə çıxmağa qorxduğunu, bunun səbəbinin də qadınlar olduğunu deyib.