Təranə Qumralın dırnaqları qızıldandır

6-11-2023, 17:00
A+
A-


Müğənni Təranə Qumral şou proqramlardan birində maraqlı açıqlama verib.

Lent.az bildirir ki, o yalnız brend paltarlar geyindiyini, qızılı çox sevdiyini, hətta dırnaqlarına belə qızıl manikür etdirdiyini söyləyib.

Müğənni bildirib ki, hər dəfə dırnaqlarına qızıl lövhələrlə manikür etdirir və bu manikürün qiyməti 400 manat təşkil edir.

Sosial şəbəkə izləyiciləri isə bu barədə məlumatı birmənalı qarşılamayıb, onu var-dövlətini nümayiş etdirməyi sevən və hazırda həbsdə olan fenomen Dilan Polatla müqayisə ediblər.