Los-Ancelesdə gözlənilən gecə baş tutdu - FOTOlar

6-11-2023, 18:28
A+
A-


Los-Ancelesdə ənənəvi "LACMA Art + Film Gala" qala gecəsi keçirilib.

Qafqazinfo xəbər verir ki, builki gecə "The Killer" filminin rejissoru Devid Finçer və rəssam Cudi Bakeyə həsr olunub.  

Həmişə olduğu kimi tədbirin sponsoru qismində İtaliyanın "Gucci" moda evi çıxış edib. Ona görə də qonaqların çoxu bu brenddən geyinib.

İştirak edən ulduzlar arasında Cennifer Lopez və Ben Afflek, Salma Hayek, Cessika Çesteyn, Kiana Rivz və Aleksandra Qrant, Billi Ayliş, Eva Lonqoriya, A$AP Rocky, Haydi Klum və başqaları olub.