Zamiq Hüseynov "İcazə ver" dedi - VİDEO

13-12-2023, 10:34
A+
A-


Müğənni Zamiq Hüseynov "İcazə ver" adlı nəğməyə çəkdirdiyi klipini təqdim edib. Bəstənin sözləri Orxan Qarabasma və Saybuya, musiqisi isə Emil Şahinə məxsusdur.

 Ekran işinin rejissorluğu yenə də Emin Muradova həvalə olunub. Klipdə iki sevən gəncin duyğusal eşqi və anları əks olunub. 

Zamiq, sadə süjet xəttinə məxsus bu işinin də kifayət qədər uğurlu olacağının əminliyini bildirib. 

Qeyd edək ki, pop ulduzun "make - up"ı üzərində stilist Elnur Həsənov çalışıb. Klip ifaçının rəsmi "youtube" kanalına yerləşdirilib.