Səidə Sultan: "Qız müğənnilər "kafe mahnıları" ilə zövqləri korlayıblar"

13-12-2023, 20:45
A+
A-


"Musiqi mədəniyyəti deyilən bir məsələ var. Onu ayaqda saxlamaq lazımdır. O da tək mənim işim deyil. Çoxluq lazımdır. Çünki tək əldən səs çıxmaz. İndi bizim musiqi mədəniyyətimiz yoxdur. Səbəb odur ki, Azərbaycanda elita yoxdur. Buna görə də musiqimiz bu vəziyyətdədir". 

Bizim.media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu "İncə səhər" verilişində deyib. 

Efirləri zəbt edən bayağı müğənnilər və musiqilərdən danışan sənətçi onların zövqləri pozduğunu söyləyib: 

"İndi "kafeşnik" (bayağı nəzərdə tutur - red.) musiqilər və müğənnilər var. Həmin musiqilər efirdədir. Elə mahnıları təbliğ edən cavan qız müğənnilərdir. Hamısının da özünəməxsus şirin səsləri var. Sadəcə olaraq zövqlü deyillər. Başa düşürəm ki, onlar toy itirməmək üçün belə mahnılar oxuyurlar. O "dınqılı" dəbdə olan qızlar bu mahnıları ifa edirlər. Adlarını açıqlamaq istəmirəm, onsuz da hamı onları tanıyır. Onlara demirəm ki, oxumayın...

Belə desəm, ayıb olar. Gəşəng qızlardır, amma bu sənətə və musiqiyə zövqlü yanaşsalar, çox gözəl olar. Azərbaycanın musiqisini bu vəziyyətdə görəndə mənim ürəyim ağrıyır. Demək ki, sevirəm, ürəyim yanır da... Bu da bir hissdir.

İnsan öz peşəsindən sui-istifadə etməməlidir. Toy bir mədəniyyətdir, "subkultura"dır. Toyu biz bir nömrəli mədəniyyət etmişik. Bəs, bizim öz mədəniyyətimiz? Hərdən düşünürəm ki, Üzeyir Hacıbəyov, Vaqif Gərayzadə, Tofiq Quliyev, Vaqif Gərayzadə niyə həmin mahnıları yazıb? Sonra fikirləşirəm ki, elit təbəqə var idi, ona görə. Amma indi bu təbəqə yoxdur".