"Şou-biznesdəkilər bir-birinə nifrət edir"

15-12-2023, 22:44
A+
A-


Müğənni Lətifə Soyuöz şou-biznesdəki qalmaqallardan bəhs edib. 

Axşam.az xəbər verir ki, sənətçi sənət aləmindəkilərin bir-birinə nifrət etdiyini deyib.

"Neçə gündür şou-biznesdəki söz-söhbətlərə baxıram. Bir-birinə bu qədər nifrət... Deyirəm ki, niyə hər kəs bir-birinə iynə atmaqla məşğuldur? Niyə bir-birinə qarşı bu qədər nifrət var? Etməyin... Hamımız bir ölkənin vətəndaşıyıq, hamımız bir-birimizə bağlı olmalıyıq. Niyə bu qədər bir-birinizə nifrət edirsiniz?" deyə, Lətifə bildirib.