"Səhərlər soyunur, axşamlar "Quran" dərsi verir" - Səmranın bu "VİDEO"su qınandı

19-12-2023, 16:56
A+
A-


"Miss Azərbaycan" yarışmasının qalibi Səmra Hüseynova paylaşdığı video ilə gündəm olub.

Magazinews.Az xəbər verir ki, modelin gecəyarı "Tik-Tok hesabında "Quran" oxuyan yerdə canlı yayım açması birmənalı qarşılanmayıb. Onun canlı yayım açaraq "Quran" ayələrini oxuması izləyicilərini təəccübləndirib.

İzləyicilərin bir çoxu isə modelin bu hərəkətinə tənqidi yanaşıblar. Onlar "Səhərlər soyunur, axşamlar "Quran" dərsi verir", "Başı açıq "Quran" oxumazlar, hörmət edin" kimi fikirlərlə etirazlarını bildiriblər.

Sözügedən paylaşımı təqdim edirik:

Tural Hüseyn
Magazinews.Az


VIDEO: https://news.milli.az/showbiz/1168123.html