Eldar Mansurovun məşhur əsəri fərqli tərzdə - VIDEO

22-12-2023, 20:36
A+
A-


DJ Elshan yeni işini təqdim edib.

Magazinews.Az xəbər verir ki, o, Xalq artisti Eldar Mansurovun dünyaca məşhur "Bayatılar" mahnısını yenidən remiks edib. Musiqiçi bildirib ki, sözügedən mahnıya görə müəllifdən icazə alınıb.

DJ Elshanın sözlərinə görə, bu iş onun "II nəfəs" adlanan albomuna daxildir. 
"Bu albomda tanıdığımız  Azərbaycan musiqilərini müasir soundlarla təqdim etməyə çalışmışam. Musiqi toplusunun tam yayımını yay aylarına planlaşdırıram" deyə, Elshan əlavə edib.

Qeyd edək ki, mahnı bütün dijital musiqi platformalarında yer alır. 


[media=]