Roza Zərgərli: "Səhər efirində "Bikini Şou" göstərməli deyiləm" - FOTOlar

23-12-2023, 12:30
A+
A-


Müğənni Roza Zərgərli "MTV Azərbaycan"da yayımlanan "Gün işiığında" proqramının qonağı olub.

Citynews.Az xəbər verir ki, sənətçi verdiyi açıqlama ilə gündəm yaradıb. O, səhnə və efir geyimi məsələsinə diqqət çəkib.

Bəzi həmkarlarını qınaq atəşinə tutan Roza bunları deyib:

"Son günlərdə 10-15 efirdə qonaq oldum. Mən də açıq-saçıq geyinən ifaçıyam. Milli deyiləm, çox müasir biriyəm. Ancaq səhər efirinə bikini geyinib, şou göstərə bilmərəm. Geyimlərim ilə məşğul olan komandam var. Səhər və gecə efirinə, səhnəyə ayrı geyimlər seçirik. Bu, insanın daxili tərbiyəsindən asılıdır, statusundan yox.. gəlməlidir.  


TURAL HÜSEYN
MAGAZINEWS.AZ