"Övladım bu hərəkəti etsə, onu qulağından divara mıxlayaram" - FOTO

23-12-2023, 18:33
A+
A-


Müğənni Roza Zərgərli "MTV Azərbaycan"da yayımlanan "Gün işiığında" proqramının qonağı olub.


Magazinews.Az xəbər verir ki, sənətçi verdiyi açıqlama ilə diqqət çəkib. Sənətçi gənc həmkarlarından narazılığını dilə gətirib.

Zərgərli dəstək olduğu həmkarından gileylənib: 

"Hər şeyin öz qaydası var. Özümdən böyüklərə və məndən əvvəl bu sənətdə olanlara "siz" deyə, müraciət edirəm. Mənim evimə qonaq gəlsəniz, sizə sən desə, onu qulağından divara mıxlayaram. 5 yaş böyük şəxsə "siz" deyə müraciət olunmalıdır. Bəlkə, keçmişdə qalmışam. İnsanın daxili tərbiyəsi, qadağaları olmalıdır. Hörmət bilən gənclər başımın tacıdır. Yerini bilməyən və bir mahnı ilə özlərini ulduz sananlara qarşıyam. Gənclərin arasında dəstək olduğum biri var idi. Eyni vaxtda məşğələlərə gedirik. Həmin zaman onun üçün Roza xanım idim. Təqdimatında yer alan azsaylı məşhurlardan biri olmuşam. Aylar sonra məni görəndə "Rozıçka" deyə, müraciət etdi. Ona sual ünvanladım ki, nə tez belə oldum?! İllər boyu səhnədə külüng vuran ifaçıya hörmətsizlik etmək olmaz".

Tural Hüseyn
Magazinews.Az